Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin  işi üzrə proses davam edib. 

 
Maide.Az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.
 
C.Cavadov bildirib ki, proses Faiq Qəniyevin sədrliyi ilə baş tutub.
 
Vəkilin sözlərinə görə məhkəmə istintaqı yekunlaşıb. "Çıxışlara keçildi. Dövlət ittihamçısı hakimdən çıxış üçün vaxt istədi. Məhkəmə aprel ayının 1-i saat 16:30-a təyin edilmişdir."
 

Google+ WhatsApp ok.ru