Rusiya: ABŞ Suriyada terrorçu qüvvələrə təlim keçir

Rusiya: ABŞ Suriyada terrorçu qüvvələrə təlim keçir

Rusiya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, ABŞ qüvvələrinin Suriyanın cənubundakı əl-Tanf bölgəsində terrorçulara təlim keşdiyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Amerikanın Suriyadakı əl-Tanf təhlükəsizlik zonasında terrorçuları hazırladığı haqqında məlumatlar var.   

ABŞ 2015-ci ildən bəri Suriyanın şərqinə qeyri-qanuni olaraq qoşun göndərir və qanuni Suriya hökumətinin dəfələrlə tələblərinə baxmayaraq geri çəkilməkdən imtina edir.   

Bu yaxınlarda bu qüvvələrin bir hissəsi neft ehtiyatlarını talan etmək üçün Suriyanın neft yataqları ətrafında yerləşdirilib.

Bəzi məlumatlara görə, ABŞ 7000-ə yaxın əsgəri ilə Suriyaya qanunsuz daxil olub. /eastnews.org/

Google+ WhatsApp ok.ru