Rusiya ATƏT-in Minsk qrupundakı təmsilçisini dəyişdirdi 30 İyul 2021 11:44 Xəbərlər İyulun 29-da Rusiya mətbuatı ATƏT-in Minsk qrupunun rusiyalı həmsədrinin dəyişməsi barədə xəbər yaydı. Maide.Az "turan"a istinadla xəbər verir ki, beləliklə, İgor Popovu əvvəllər Rusiyanın Filippinlərdəki səfiri vəzifəsində çalışmış 59 yaşlı İqor Xovaev əvəzlədi. Xovaev Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunudur. O, Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ingilis, fransız və vyetnam dillərini bilir. Digər həmsədrlər Fransadan Stefan Viskonti, ABŞ-dan Endrü Skoferdir. Teqlər : #Rusiya,#ATƏTin,#Minsk,#qrupundakı,#təmsilçisini,#dəyişdirdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə meşə yanğınları - Son vəziyyət necədir? İranın yeni prezidentinin inauqurasiya mərasiminin proqramı açıqlanıb