Rusiya aviaşirkətləri Bakıya yeni reyslər üçün icazələr alıb 21 Sentyabr 2021 12:12 Ölkə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi Azərbaycana uçuşların siyahısını genişləndirib. Trend-in agentliyə istinadən məlumatına görə, "Sibir" aviadaşıyıcısı həftədə yeddi dəfə Tümendən Bakıya reyslərin həyata keçirilməsi üçün icazə alıb. Bununla yanaşı "Red Wings Airlines" həftədə bir dəfə olmaqla Saratov, Nijni Novqorod, Mineralnıye Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakının Heydər Əliyev beynəlxalq hava limanına uçuşlar həyata keçirəcək. Eyni zamanda, "Nordwind Airlines" və "İkar" aviaşirkətlərii Volqoqraddan Bakıya həftədə yeddi dəfə uçuşlar üçün icazə alıb. Teqlər : #Rusiya,#aviaşirkətləri,#Bakıya,#yeni,#reyslər,#üçün,#icazələr,#alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DYP-dən qəzalar zamanı hadisə yerindən yayınan sürücülərə XƏBƏRDARLIQ Oktyabrın 1-dən avtobus və taksi sürücülərindən COVID-19 pasportu tələb olunacaq