Rusiya Azərbaycan pomidorlarının və almalarının idxalına qadağa qoyub

Rusiya Azərbaycan pomidorlarının və almalarının idxalına qadağa qoyub

 Rosselxoznadzor (Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidməti) məhsullarda zərərvericilər aşkar edildiyinə görə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edir. 
 
Xidmət qeyd edir ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə məhsullarda daim zərərvericilər aşkar edildiyi barədə məlumat verib.
 
Dekabrın 10-da qüvvəyə minəcək qərar idxal olunan məhsullarda güvə və almaqurdu aşkarlanması ilə əsaslandırılıb./ turan/ 
 

Google+ WhatsApp ok.ru