İraq hökuməti Ərbəin ziyarəti üçün ayrılmış kvotanı artırdı 10 Sentyabr 2021 14:20 Xəbərlər İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı yeni qərar qəbul edib. Maide.Az “tasnimnews” agentliyinə istinadla xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazimi cari ildə Ərbəin ziyarəti üçün ayrılmış kvotanı artırıb. Belə ki, M.Əl-Kazimin qərarı ilə cari ildə Ərbəin ziyarəti üçün İrandan 60 min nəfər, Ərəb ölkələri və digər ölkələrdən 20 min nəfərlik kvotanın ayrılması qərara alınıb. Qeyd edək ki , bu rəqəm bundan öncə İrandan 30 min nəfər, Ərəb ölkələri və digər ölkələrdən 10 min nəfər təşkil edirdi. Qərarda qeyd olunub ki, Ərbəin ziyarətinə zəvvarlar digər ölkələrdən İraq Beynəlxalq Hava Limanı vasitəsi ilə giriş edə biləcək. Zəvvarların İraqa girməmişdən 72 saat öncə PCR testi verməsi zəruridir. Teqlər : #İraq,#hökuməti,#Ərbəin,#ziyarəti,#üçün,#ayrılmış,#kvotanı,#artırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı qərar verdi İraqın cənubundan Ərbəin ziyarətinin piyada yürüşü davam edir - FOTO