Rusiyada avtobusda partlayış: 18 yaralı, 1 ölü

Rusiyada avtobusda partlayış: 18 yaralı, 1 ölü

Rusiyanın Voronej şəhərində “PAZ” markalı avtobusda qaz balonunun partlaması nəticəsində yaralananların sayı 18 nəfərə yüksəlib.
 
Modern.az xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan 35 yaşlı qadın dünyasını dəyişib.
 
Məlumata görə, ölən qadın qəza nəticəsində hər iki ayağının travmatik amputasiya olunduğu sərnişindir. Onun kimliyi açıqlanmayıb.

Google+ WhatsApp ok.ru