Rusiyada dünyada ilk dəfə süni intellektli qatarların sınaqları başlandı 02 Sentyabr 2020 09:04 Xəbərlər "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyəti süni intellektli qatarların yoxlanılmasına başlayıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Dünyada ilk dəfə tətbiq edilən bu yenilik insan amillərinə görə qəzaların sayını minimuma endirmək üçün hazırlanıb. Agentliyin məlumatına görə, artıq 10 təcrübəli lokomotiv yaradılıb. Bu lokomotivlər texniki görmənin köməyi ilə dəmir yolunda obyektləri aşkar edə bilərlər. Kompleks süni intellektdən istifadə edərək vəziyyəti qiymətləndirə, maşinistə təhlükə haqqında xəbərdarlıq siqnallarını verə, onun reaksiyası olmadıqda lazımi qərarları qəbul edə biləcək. Sınaqların başa çatdırılması və sənaye istehsalatına icazənin alınması 2020-ci ilin payızında planlaşdırılır. Teqlər : #Rusiyada,#dünyada,#ilk,#dəfə,#süni,#intellektli,#qatarların,#sınaqları,#başlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sergey Lavrov: ‘Rəsmi Bakı ilə Yerevan gərginliyi azaltmaqda maraqlıdır’ Müsəlman futbolçuya fantastik təklif