Rusiyadan Azərbaycana T-90S tanklarının tədarükü başa çatır

Rusiyadan Azərbaycana T-90S tanklarının tədarükü başa çatır.
 
Bu barədə IDEX-2015 silah salonunda keçirilən tədbirdə Azərbaycanın nümayəndə heyətinin rəsmisi bildirib.
 
““Uralvaqonzavod” ilə bağlanmış müqavilə üzrə istehsal olunan bütün tanklar göndərilib, onların sifarişçi tərəfindən təhvil alınması prosesi gedir, daha sonra poliqonda sınaq atışları keçiriləcək”, - o, deyib.
 
Bir müddət əvvəl “Rosoboroneksport”un direktoru Esen Topoyev TASS-a bildirmişdi ki, Moskva 2010-cu il razılaşma paketi üzrə silah və hərbi texnikanın Bakıya tədarükünü 2017-ci ildə bitirəcək.
 
KİV-in məlumatına əsasən söhbət üç tabur T-90S tanklarından (100 ədədə yaxın) BMP-3 piyadaların döyüş maşını, “Msta-S” divizion artilleriya qurğuları, “Smerç”yaylım atəşli reaktiv sistemi (YARS)  divizionu (18 buraxılış qurğusu), “Vena” artilleriya qurğusu divizionu (18 ədəd) və TOS-1A “Solntsepyok” ağır odsaçan sistemi (“Buratino” sisteminin yeni modifikasiyası) batareyasının (6 ədəd) tədarükündən gedir.
 
Materialda qeyd edilib ki, Azərbaycan tanklarla dəstdə BREM-1Mzirehli təmir-təxliyyə və İMR-3Mmühəndis maşınları, reaktiv yaylım atəş sistemləri və qurğularına isə atəşin xidmət və idarəsinə lazım olan bütün maşınlar alınır.
 
Bununla yanaşı T-90S tankları hal-hazırda “Ştora” optik-elektron sisteminin yeni modifikasiyası, kondisioner və hədəfin təqibi avtomatının daxil olduğu dəst ilə alınır.
 
Ekspertlər ehtimal edirlər ki, bu paketin dəyəri 700 milyondan 1 milyard dollara qədərdir.
 
Topoyev həmçinin əlavə edib ki, söhbət respublikaya Mi-17B1 və Mi-35M helikopterlərinin çatdırılmasından gedir.
 
Açıq mənbələrin məlumatına əsasən, 2010-cu ildə Azərbaycana 24 ədəd Mi-35M çatdırılmasına dair müqavilə bağlanıb.(oxu.az)

Google+ WhatsApp ok.ru