Rusiyada prezident seçkilərində seçicilərin 50 faizindən çoxu səs verib

Rusiyada prezident seçkilərində seçicilərin 50 faizindən çoxu səs verib

-- səsvermə prosesi 22 saat davam edəcək

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya MSK-nın İnformasiya Mərkəzi yerli vaxtla saat 17.08-ə seçici fəallığının 51,9 faiz olduğunu açıqlayıb.
 
 Qeyd edək ki, saat 12:00-a seçici fəallığı 34,72 faiz olub.
 
Hazırda seçki prosesi 88397 seçki məntəqəsində davam edir, 8630 seçki məntəqəsi isə artıq bağlanıb.
 
Ümumilikdə Rusiyada seçkilərdə səsvermə prosesi 22 saat davam edəcək. Seçki məntəqələri yerli vaxtla saat 8-də açılıb, 20:00-da bağlanacaq. İlk olaraq Kamçatka, son olaraq Kalininqrad əhalisi səs verir.
 
Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasının namizədi Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar.
 

Google+ WhatsApp ok.ru