Rusiyada sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib 06 İyul 2021 10:30 Hadisə Rusiyada sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunu Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib. Təyyarə “Kamtask hava yollar”ı şirkətinə məxsusdur. İlkin məlumata görə, “An-26”nın göyərtəsində biri uşaq olmaqla 23 sərnişin və 6 ekipaj üzvü var. Sərnişinlərdən biri uşaqdır. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Lakin ekipaş üzvləri təyin olunan vaxta əlaqəyə girməyib. Rusiyanın Kamçatka regionunda radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur. Laynerin axtarışına bir təyyarə və iki helikopter cəlb edilib. Rusiya İstintaq İdarəsinin Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildirilib ki, hüquq mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb. /RİA Novosti./ Teqlər : #Rusiyada,#sərnişin,#təyyarəsi,#Kamçatka,#səmasında,#radarlardan,#itib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə yüksəlib -YENİLƏNİB Meksikada futbol oyunu zamanı stadionda atışma olub, ölənlər var