Rusiya nümayəndələrinə hücum: Moskva nota verdi

Rusiya nümayəndələrinə hücum: Moskva nota verdi

Rusiya iyunun 20-də baş verən insidentlə bağlı Fransaya nota verib.
 
Bu haqda bugünkü brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
 
“Hücumun məqsədi - sürücünün çantasını oğurlamaq çox bayağı görsənir. Rus nümayəndə heyətinin üzvləri tərəfindən hadisəni neytrallaşdırmaq mümkün olub. Təəssüf ki, onlardan biri yüngül xəsarət alıb”, - XİN sözcüsü məlumat verib.
 
Xatırladaq ki, çərşənbə axşamı Rusiya nümayəndə heyəti axşam saatlarında sərgidən geri dönərkən Sen-Deni rayonunda hücuma məruz qalıb. Hücum edənlər maşının şüşəsini sındırıblar və nümayəndə heyətinin üzvlərindən pul və qiymətli əşyalar istəyib. (axar.az) / 

Google+ WhatsApp ok.ru