Rusiya, İran və Türkiyə nümayəndələri BMT-nin Suriya üzrə rəsmisi ilə görüşəcək

Rusiya, İran və Türkiyə nümayəndələri BMT-nin Suriya üzrə rəsmisi ilə görüşəcək

Rusiya xarici işlər nazirinin müavini və Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə nümayəndəsi Mixayıl Boqdanov İran, Türkiyə və Rusiya nümayəndələrinin Cenevrədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura ilə görüşəcəklərini açıqlayıb.   

O, açıqlamasında bildirib ki, görüş sentyabr ayının 1-ci yarısında baş tutacaq. 

 Görüşdə Suriya böhranının həlli və təhlükəsiz bölgələr mövzularının müzakirə olunacağı vurğulanıb.   

Mixayıl Boqdanov qeyd edib ki, Rusiya Suriyada böhranın həlli üçün əlindən gələni etməyə davam edir. /eastnews.org/

Google+ WhatsApp ok.ru