Rusiya Suriyaya atdığı mərmilərin üstünə “Za Parij” – “Parisə görə” sözlərini yazır - VİDEO

Rusiyanın Suriyadakı hava-kosmik qüvvələrinin yer heyəti mərmiləri təyyarələrə yükləməzdən əvvəl onların üzərinə rusca “Za Parij” – yəni “Parisə görə” sözlərini yazır.
 
Bu ənənə ruslara İkinci Dünya Müharibəsindən qalıb.
 
O zaman da tank və top lülələrinə, bombaların üstünə “Za Stalina”, “Za Moskvu” kimi şüarlar yazılardı.
 
Rusiya Müdafiə Nazirliyinin saytında isə bir əsgərin Himeym bazasında mərminin üzərinə “Bizim oğlanlara görə” yazdığını əks etdirəm foto yerləşdirilib.
 
Reuters agentliyi yazır ki, mərmilərin üzərinə “Parisə görə” yazmaqla Rusiya hərbiyyəsi ötən həftə Parisdə terrora qurban gedənlərin qisasını aldığını nümayiş etdirir.
 
Bundan əvvəl Rusiya bombardmançılarının Misir üzərində qəzaya uğradılmış sərnişin təyyarəsinin qisasını aldığı bildirilir, Rusiya telekanalları efirə “Qisas əməliyyatı” manşeti ilə çıxırdılar.

Google+ WhatsApp ok.ru