Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər 09 İyul 2019 15:41 Xəbərlər Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. APA-nın “Armenpress” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Slovakiyanın Tatra şəhərində keçirilən ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində iyulun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Xarici işlər nazirləri gündəmdə olan bir sıra regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini də müzakirə ediblər. Teqlər : #Rusiya,#və,#Ermənistan,#xarici,#işlər,#nazirləri,#Dağlıq,#Qarabağ,#münaqişəsini,#müzakirə,#ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanın şimal-şərqində 13 minədək insan daşqın zonasında qalıb Avropa Liqası: ilk oyun günündə 3 matç keçirilib