Rusiya və NATO 10 ildən sonra ilk dəfə birgə hərbi təlim keçirəcək 10 Dekabr 2020 16:36 Dünya Rusiya və NATO 10 ildən sonra ilk dəfə Pakistanın Karaçi şəhəri yaxınlığında NATO ilə birgə hərbi təlimlərə qatılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti açıqlama verib. Təlimin fevral ayında Pakistanın Karaçi şəhəri yaxınlığında keçiriləcəyi bildirilib. Hərbi donanma təlimlərdə Rusiya ilə yanaşı Pakistan, ABŞ, İngiltərə, Çin, Yaponiya, Türkiyə, Filippin, Malayziya, Şri Lanka və İndoneziyadan hərbi donanmalarının iştirak edəcəyi bildirilib. Rusiyanın təlimlərdə bir freqat, bir patrul gəmisi, bir xilasetmə gəmisi, Dəniz Qoşunları birliyi, mina təmizləyən qrup və bir dəniz helikopteri ilə iştirak edəcəyi açıqlanıb. Qeyd edək ki, Rusiya NATO ilə sonuncu dəfə 2011-ci ildə Polşada keçirilən terrorla ortaq mübarizə üzrə hərbi təlimlərdə iştirak etmişdi. Teqlər : #Rusiya,#və,#NATO,#ildən,#sonra,#ilk,#dəfə,#birgə,#hərbi,#təlim,#keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-dən Fransaya: Bu, müsəlmanları hədəf alır Avropa Birliyi dövlət başçıları Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO