Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO

Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO

 NATO-nun Rusiya siyasəti ardıcıllığını qoruyur. Rusiyanın təcavüzkar hərəkətlərinə cavab olaraq müdafiəmizi artırdıq.
 
Maide.Az "DW"ə istinadla xəbər verir ki,  bunu NATO rəsmisi Oana Lunqesku bildirib.
 
O qeyd edib ki, NATO-Rusiya Şurası vasitəsilə dialoqa hazırdırlar.
 
Qeyd edək ki, son vaxtlar NATO Rusiyanın nümayəndəlikdə olan 8 əməkdaşını casusluqda ittiham edərək onları "arzu olunmaz şəxs" elan edib.   NATO-nun baş katibi Yens Stoltenberq qərarın baş verənlərlə heç bir əlaqəsi olmadığını açıqlasa da, o, Rusiyanın düşmənçilik davranışının  son zamanlar artdığını  vurğulayıb.  
 
Rusiya NATO -nu Rusiya sərhədlərinə yaxınlaşmaqda günahlandırır. Digər tərəfdən, NATO, Krım yarımadasının Rusiyaya birləşdirilməsi səbəbindən üzv dövlətlərin şərq bölgələrində varlığını gücləndirdiyini açıqlayır. 

Google+ WhatsApp ok.ru