Rusların qorxulu tankı (VİDEO)

“Stern” jurnalı dünyanın ən mükəmməl döyüş maşınından yazıb

Rusiya hərbi-sənaye kompleksinin yeni möcüzəsi olan T-14 "Armata" tankları mayın 9-da keçiriləcək Qələbə bayramında rəsmi təqdim ediləcək. 
 
Ttankın Nijnı Taqil tərəfdə həvəskar çəkilişi nəticəsində internetə düşmüş görüntüləri Almaniyanın “Stern” jurnalını məsələyə diqqət yetirməyə məcbur edib. 
 
"Tamamilə yeni döyüş tankıdır - dünyanın əksər orduları üçün nadir bir silahdır. Bundesverin “Leopard-2” tankı 35 il qabaq yaradılıb. Amerikanın “M1 Abrams” tanklarının da yaşı elə o qədərdir. Qərbin döyüş maşınlarının mövcud modellərində bir sıra müsbət dəyişikliklər var, amma baza konstruksiyası köhnə qalır", - deyə qəzetlər yazır.
 
Jurnalın yazdığına görə, tankın komandası dünyanın bütün tanklarındakından daha yaxşı mühafizə ediləcək. Çünki tankın ekipaj üzvünün korpusun üzərinə çıxmasına ehtiyac yoxdur. 


ANS

Google+ WhatsApp ok.ru