RUSTAVİ ŞƏHƏRİNDƏ İFTAR SÜFRƏSİ TƏŞKİL EDİLİB

Maide.az xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi Rustavi şəhərində iftar məclisi təşkil edib. Məclisdə din xadimləri və dindarlarla yanaşı dövlət rəsmiləri, ətraf rayon rəhbərliklərindən gələn qonaqlar, ictimaiyyət xadimləri və təşkilat sədrləri iştirak edib.
 
Ümumilikdə 350-yə yaxın dəvətlinin iştirakı ilə iftar zamanına təyin olunan tədbir Quran tilavəti və Ramazan duası ilə başladıqdan sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri, dövlət naziri və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri mübarək Ramazan günləri münasibəti ürək sözlərini bildirib, ölkə və dünya müsəlmanlarını təbrik ediblər. 
 
Məclis iftar süfrəsi ətrafında dini ilahilərin sədaları altında başa çatıb.

Google+ WhatsApp ok.ru