Səhiyyə Nazirliyi: Mövsümlə əlaqədar qriplə xəstələnmə səviyyəsi yüksəkdir

“Qış mövsümü olduğuna görə hər il olduğu kimi, istər-istəməz qriplə xəstələnmə səviyyəsi ümumi vəziyyətdən bir qədər yüksəkdir”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib.
 
Onun sözlərinə görə, artıq bir müddətdir ölkədə epidemioloji vəziyyət stabildir: “Vəziyyəti nəzarətdə saxlayırıq”.
 
V. Qasımov qeyd edib ki, gündəlik olaraq monitorinq işləri aparılır.
 
Sektor müdiri onu da qeyd edib ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb.

Google+ WhatsApp ok.ru