Səudiyyədən qalmaqallı qərarlar: Məkkədən sonra Mədinədə də bir sıra mühüm ziyarətgahların ziyarəti qadağan edildi

Səudiyyədən qalmaqallı qərarlar: Məkkədən sonra Mədinədə də bir sıra mühüm ziyarətgahların ziyarəti qadağan edildi

-- Uhud Şəhidlər Xiyabanı, Oxçular Təpəsi, Quba Məscidi..

Ötən həftə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi tərəfindən aralarında Nur Dağı, Hüdeybiyyə, Cüranə kimi İslam tarixində mühüm əhəmiyyətə malik nəbəvi məkanların ziyarət edilməsi qadağan edildi.
 
Maide.Az " Muslim Port "a istinadən xəbər verir ki, Həftə sonu isə qadağa daha da genişləndirilərək mürtəce qərar Mədinəyi-Münəvvərəyə də aid edilməyə başlandı. 
 
Səud rejiminin daha əvvəlki qadağası ciddi etirazlar doğurduğu halda Mədinənin də bu qadağaya şamil edilməsi etirazları daha da artırıb.
 
Səud hökumətinin qərarına əsasən, Mədinəyi-Münəvvərədəki Uhud Şəhidlər Xiyabanı, Oxçular Təpəsi, Quba Məscidi (İslamın ilk məscidi, - red. Maide.az) Qibləteyn Məscidi (iki qibləli məscid , - red. Maide.az) və "Yeddi Məscidlər" də daxil olmaqla bir sıra mühüm nəbəvi ziyarət məkanlarının ziyarət edilməsi qadağan edilib. 
 
 
 

Google+ WhatsApp ok.ru