Sədərək bazarlnda yanğın söndürülüb - Yenilənib / VİDEO

Sədərək bazarlnda yanğın söndürülüb - Yenilənib / VİDEO

Fövqəladə Hallar Nazirliyi "Sədərək" Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Maide.Az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Maide.Az "Open.az"a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Open.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, bazarın anbarında baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Google+ WhatsApp ok.ru