Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərinə dair yeni statistika: 15 mindən artıq dinc sakin öldürülüb

Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərinə dair yeni statistika: 15 mindən artıq dinc sakin öldürülüb

 
Yəmən “Milli Nicat Hökuməti”nin rəsmi sözçüsü və  «Ənsarullah» Hərəkatının siyasi bürosunun üzvü Zeyfulla Əl-Şami bu gün keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın 26 mart 2015-ci ildən  2018-ci ilin sonunadək Yəməndə törətdiyi cinayətlərin statistikasını açıqlayıb. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki,  Z.Şami  bildirib ki, Səudiyyə rejimi, BƏƏ və ABŞ-ın rəhbərlik etidiyi koalisiyanın Yəmənə təcavüzünün başlandığı gündən 2018-ci ilin sonunadək  15 min 359 dinc sakin şəhid olub və 24 min 121 nəfər yaralanıb. 
 
Z.Şaminin sözlərinə görə,  təcavüzkar Səudiyyə rejiminin  Yəməni hər tərəfli  mühasirədə saxlaması,  Yəmən vətəndaşlarının xüsusi ilə xəstələrin müalicə üçün digər ölkələrə getməsinə əngəllər yaratmaq,  Səna beynəlxalq hava limanına uçuşların qarşısının alınması nəticəsində 17 min 608 kişi və qadın həyatını itirib.  “Təcavüzkar rejimin törətdiyi cinayətlər və ölkədə yaratdığı faciə səbəbindən  22 milyon yəmənlinin təcili humanitar yardıma ehtiyacı var”
 
Yəmənli rəsmi bildirib ki,  ölkə daxilində 3 milyon 450 nəfər  və ölkədən kənarda 70 min nəfər qaçqın var. 
 
Qeyd edək ki, artıq 5 ilə yaxındır ki,  Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşib. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərdən çoxdur.  
 
Beynəlxaq humanitar təşkilatların açıqladığı məlumata görə, amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.
 

Google+ WhatsApp ok.ru