Səudiyyə hökuməti ‘Twitter’ işçilərinə rüşvət verib - Məlumatları ələ keçirib 07 Noyabr 2019 11:05 Xəbərlər Səudiyyə Ərəbistanı hökumətinin “Twitter”də məşhur jurnalistlər və müxalifətçilərin hesablarını ələ keçirdiyi üzə çıxıb. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səud hökuməti bunun üçün “Twitter” işçilərinə dəyərli hədiyyələr və yüksək miqdarda pul ödəyib. Bununla bağlı ABŞ-ın San-Fransiskodakı Regional Məhkəməsində iş açılıb. İstintaq zamanı müəyən edilib ki, profillərin izlənilməsi 2015-ci ildən başlayıb və 4 il ərzində 6 mindən çox insanın məlumatları ələ keçirilib. Faktın üzə çıxmasından sonra “Twitter” rəhbərliyi Səudiyyə hökumətinə casusluq edən iki işçini işdən çıxarıb. İşdən çıxarılanlardan biri ailə ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və bir daha ABŞ-a qayıtmayıb. Teqlər : #Səudiyyə,#hökuməti,#‘Twitter’,#işçilərinə,#rüşvət,#verib,#Məlumatları,#ələ,#keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada hər 8 uşaqdan biri 5 yaşından əvvəl həyatını itirir Avropa sanksiyalara görə 100 milyard itirdi - Volodin