Səudiyyə Ərəbistanı Yəməni bombalayıb 20 Yanvar 2020 15:39 Yəmən Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin Səna və Səad şəhərlərini bombalayıb. Bu barədə Parstoday agentliyi yazıb. Məlumatda bildirilir ki, hücum nəticəsində ölənlər və yaralanalar barədə hələlik heç bir açıqlama verilməyib. Bundan başqa, Yəmənin sərhəd şəhəri Cizanın bombalanmasına dair məlumatların olduğu qeyd edilir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum edib və ona qurudan, dənizdən və havadan blokada tətbiq edib. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub. Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. /faktxeber Teqlər : #Səudiyyə,#Ərəbistanı,#Yəməni,#bombalayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah: Yəmən qüvvələri inanclarıyla ABŞ-ın tanklarını əzib keçdi Hudeydada vəbaya yoluxanların sayı açıqlandı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'