Səudiyyə rejiminin sülh anlayışı uşaqları öldürməkdir

Səudiyyə rejiminin sülh anlayışı uşaqları öldürməkdir

Yəmən Milli Azadlıq Hökumətinin nümayəndəsi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Sana və digər əyalətlərə hücumlarının koalisiyanın Yəmənə qarşı təcavüz və cinayətlərini dayandırmayacağına bariz nümunə olduğunu söyləyib.

 
Maide.Az xəbər verir ki, "Əl-Məsirə" agentliyinin verdiyi məlumata görə, Zeyfullah əl-Şami açıqlamasında, "təcavüzkar koalisiyanın bir neçə əyalətdəki hazırkı hücumları təhlükəli gərginlikdir və yeni bir şey deyil", - deyə əlavə edib.
 
Zeyfullah əl-Şami, "Sana və əl-Hudeydənin yaşayış yerlərini hədəfə almaq, təcavüzkar koalisiya tərəfindən törədilən cinayətlərin bir sübutudur. Sülh mövzusunda danışan zaman bu koalisiya mülki bölgələrə hücumlarını artırır. Təcavüzkar koalisiyadan gördüyümüz sülh, 5 il ərzində uşaqları öldürən və şəhərləri bombalayan bir sülhdür", - deyə vurğulayıb.
 
Yəmən Milli Azadlıq Hökümətinin sözçüsü, BMT və Martin Qriffitsin mövqeyinin koalisiyanın cinayətlərini ört-basdır etməyə yönəlik olduğunu bildirib.

Google+ WhatsApp ok.ru