Sərmayə statistikası

Sərmayə statistikası

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sosial-iqtisadi sahələrə 8 milyard 682,4 milyon manat sərmayə qoyulub.
 
Maide.Az "Novator.az"-a istinadla xəbər verir ki, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, sәrmayәnin 67,1 faizi mәhsul istehsalı sahәlәrinin, 23,4 faizi xidmәt sahәlәrinin, 9,5 faizi yaşayış evlәri tikintisinin payına düşüb.
 
Rəsmi açıqlamada sәrmayәnin 40,9 faizinin dövlәt, 59,1 faizinin qeyri-dövlәt sektoruna aid olduğu vurğulanır, daxili mәnbәlәrin payı 61,7 faiz göstərilir.
 
Qeyd olunur ki, sәrmayәdә müәssisә vә tәşkilatların vәsaitlәri 5 milyard 154,5 milyon manat, büdcә vәsaitlәri 1 milyard 972,7 milyon manat, bank kreditlәri 534,3 milyon manat, әhalinin şәxsi vәsaitlәri 500,3 milyon manat, başqa vәsaitlәr 345,4 milyon manat, büdcәdәnkәnar dövlәt fondlarının vәsaitlәri 175,2 milyon manat məbləğində rəsmiləşib.
 
Hesabata əsasən, investisiyanın 53,3 faizi sәnayeni, 21,4 faizi tikintini, 12,1 faizi nәqliyyat vә anbar tәsәrrüfatını əhatə edib.
 
Xarici müәssisә vә tәşkilatların әsas kapitala 3 milyard 326,4 milyon manat vәsait yönәltdiyi, həmin vәsaitin 87,3 faizinin Böyük Britaniya, ABŞ, Türkiyә, Yaponiya, İsveçrә, Malayziya, Norveç, Rusiya vә İran sәrmayәdarlarına mәxsus olduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru