Səudiyyə rejiminin Yəmənə 2300 günlük təcavüzünün ağır nəticəsi - HESABAT 12 İyul 2021 11:23 Yəmən “Eynül-İnsaniyyə” Hüquq Mərkəzi Səudiyyə Ərəbistanın Yəmənə 6 ildən çoxdur ki, davam edən təcavüzü nəticsəində törətdiyi cinayətlərin və Yəmən infrastrukturunun yox edilməsinə dair hesabat dərc edib. Maide.Az "almasirah" saytına istinadən xəbər verir ki, hesabatda qeyd olunur ki, Səudiyyə Ərəbistan rejiminin 26 mart 2015-ci ildən Yəmənə təcavüzündən keçən 2300 gün ərzində 44 mindən çox sivil şəhid edilib və ya yaralanıb. Səudiyyə rejiminin hücumları nəticəsində aralarında çox sayda uşaq və qadın olmaqla 17 min 170 yəmənlinin şəhid edildiyi qeyd olunub. Eyni zamanda hesabatda hücumlar nəticəsində aralarında çoxsayda uşaq və qadın olmaqla 26 min 715 yəmənlinin də yaralandığı açıqlanıb. Səudiyyəlilərin Yəmən infrastrukturunu hədəf alan hücumlarına bağlı rəqəmlərin də qeyd olunduğu hesabatda Səudiyyə rejiminin hücumları nəticəsində 15 aerodromun, 16 limanın, 308 elektrik stansiyasının, 2 mindən çox su anbarı və su xəttinin, 5 mindən çox yol və körpünün yox edildiyi vurğulanıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 17 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb. Teqlər : #Səudiyyə,#rejiminin,#Yəmənə,#2300,#günlük,#təcavüzünün,#ağır,#nəticəsi,#HESABAT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın' Qadağan edilmiş silahlar yəmənli uşaqlarda xərçəng xəstəliyi yayır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'