Sabaha gözlənilən hava şəraiti açıqlanıb 24 Dekabr 2020 12:33 Ölkə Bakıda və Abşeron yarımadasında dekabrın 25-də havanın arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlayacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 25-də Abşeron yarımadasında mülayim xəzri küləyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Teqlər : #Sabaha,#gözlənilən,#hava,#şəraiti,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şimal bölgəsində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyə enib - FOTO Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib