Sabaha gözlənilən hava şəraiti məlum olub 02 Yanvar 2021 12:30 Ölkə Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Yanvarın 3-də rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yanvarın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Teqlər : #Sabaha,#gözlənilən,#hava,#şəraiti,#məlum,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 1064 nəfər yoluxub, 32 nəfər vəfat edib Azərbaycanda benzin və dizelin qiyməti bahalaşıb