Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24,Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.
 

Google+ WhatsApp ok.ru