Sabaha gözlənilən hava proqnozu açıqlandı -XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava proqnozu açıqlandı -XƏBƏRDARLIQ

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.