Sabah Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək

Sabah Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək

Bakıda küçə və prospektlərdə yenidən dezinfeksiya işləri aparılacaq.

 
Paytaxtın kommunal strukturlarından Trend-ə verilən məlumata görə, 02.05.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
 
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Google+ WhatsApp ok.ru