Sabah bir neçə marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək

Sabah bir neçə marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək

Aprelin 1-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
 
Bu barədə APA-ya BakI Nəqliyyat Agentliyindən məlumat verilib.
 
Bildirlib ki, bu səbəbdən M1, M2, M6 və 104  nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.
 
Dəyişikliyə əsasən M1, M2, M6  nömrəli ekspres marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə; 104  nömrəli müntəzəm marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.
 

Google+ WhatsApp ok.ru