Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ 15 Sentyabr 2021 17:28 Ölkə Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Sentyabrın 16-sı axşam, 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. Teqlər : #Sabahdan,#güclü,#külək,#əsəcək,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üçün qeydiyyat başa çatır