Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 10 İyun 2021 14:39 Ölkə Ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edilib. Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18, iyunun 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Teqlər : #Sabah,#güclü,#külək,#əsəcək,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlandı DİM 'Azərbaycan dili' fənni üzrə 2-ci imtahan keçirəcək