Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 23-27 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə  24-26 dərəcə isti, gündüz  30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm  civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 25-45 % təşkil edəcək.       
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacağı gözlənilir.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru