Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin  səhər yarımadanın bəzi yerlərində havanın qısa müddətə tutulacağı, çiskinli olacağı ehtimal olunur.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz  50-55 faiz olacaq.  
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 10-14, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə  isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
 

Google+ WhatsApp ok.ru