Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-də gözlənilən hava proqnozunu açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.
 
Oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
 
Oktyabrın 2-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 9-13 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru