Sabahın hava proqnozu açıqlanıb  

Sabahın hava proqnozu açıqlanıb  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti oktyabrın 5-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 
Nazirlikdən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.
 
Oktyabrın 5-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 8-11 dərəcə isti olacaq.
 

Google+ WhatsApp ok.ru