Sel və daşqınlar Arakanlı müsəlmanların durumunu daha da ağırlaşdırıb

Sel və daşqınlar Arakanlı müsəlmanların durumunu daha da ağırlaşdırıb

-- müxtəlif növ xəstəliklər yayılıb

Banqladeşdə sel fəlakətində 250 ev su altında qalıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Banqladeşdə düşərgələrdə yaşayan minlərlə Arakanlı müsəlman çox çətin şəraitdə yaşamaq üçün mübarizə aparır.
 
Çox sayda Arakanalı qaçqının məskunlaşdığı bölgələrdə müxtəlif növ xəstəliklər yayılıb. Yağışlar davam edərsə qaçqınların ölümlə üz-üzə gələ biləcəyi xəbərdarlığı edilir. 
 
Başqa bir yerə getməyə qadir olmayan Arakanlı müsəlmanlar xeyriyyə qurumlarından aldıqları yardımlarla sağ qalmağa çalışırlar. 
 
Məlumata görə, Myanmar ordusunun zülmündən qaçan Arakanlı müsəlmanların əlllərindəki yardımların bitmək üzrədir. Yeni yardımlar olmadığı təqdirdə ölümü gözləmədən başqa heç bir çarələri yoxdur. 
 

Google+ WhatsApp ok.ru