Senat Trampın impiçmenti çərçivəsində ittihamların müzakirəsinə başlay;r

Senat Trampın impiçmenti çərçivəsində ittihamların müzakirəsinə başlay;r

ABŞ Senatı bu gün prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamların müzakirəsinə başlayacaq.
 
Bu barədə respublikaçı əksəriyyətin lideri Mitç Makkonel bildirib.
 
Senatda çıxış edən Makkonnell bildirib ki, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 21:00-da) Nümayəndələr Palatasından olan ittihamçıları dinləyəcəklər. Palatanın üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.
 
Həmin gün senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.
 
Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib. /Report
 

Google+ WhatsApp ok.ru