Sergey Lavrov: ‘Qərb məqsədli şəkildə Fars körfəzində gərginlik yaradır’

Sergey Lavrov: ‘Qərb məqsədli şəkildə Fars körfəzində gərginlik yaradır’

“Qərb məqsədli şəkildə Fars körfəzində, İranın cənubunda böhran və gərginlik yaradır”.
 
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı deyib.
 
S. Lavrov bildirib ki, İran və Rusiya tərəfindən sülh və təhlükəsizliyin təminatı ilə bağlı təkliflər hazırlanıb.
 
Təklifləri şərh edən Rusiya XİN başçısı qeyd edib ki, ölkəsi regionda sülh təşəbbüsünü dəstəkləyir.
 
“İran hökuməti də Fars körfəzinin təhlükəsizliyi ilə bağlı "Hörmüz Sülh Təşəbbüsü"nü irəli sürüb və bu təşəbbüsün reallaşdırılmasına çalışır”, - deyə S. Lavrov vurğulayıb. /APA
 

Google+ WhatsApp ok.ru