Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək 25 Oktyabr 2019 14:06 Xəbərlər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək. "Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti mənbələrə istinadən yazıb. Məlumata görə, səfər çərçivəsində rusiyalı mütəxəssislərin Ermənistanda yerləşən və Pentaqonun pulu ilə yaradılan biolaboratoriyalara girişini təmin edən memorandum imzalanacaq. Başqa mənbə qəzetə sənədin mətninin hazır olduğunu və qurumlararası razılaşdırmadan keçdiyini təsdiqləyib. Bildirilib ki, memorandum iki ölkə arasında tibbi-bioloji sahədə əməkdaşlığı nəzərdə tutur. ABŞ-ın vəsaiti ilə modernləşdirilmiş, bioloji tədqiqatlar aparılan, ştamm və virusların öyrənildiyi laboratoriyalar MDB məkanında Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda fəaliyyət göstərir. Teqlər : #Sergey,#Lavrov,#noyabrda,#Ermənistana,#səfər,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 6 şəhər və rayonunda qaz olmayacaq Azərbaycan epidemiyaya hazırdımı?