Seyid Əbdülməlik Əl-Husi: “Yəmənlilər hər zaman Fələstin xalqının yanında olacaq ”

Seyid Əbdülməlik Əl-Husi: “Yəmənlilər hər zaman Fələstin xalqının yanında olacaq ”

-- ..və Qüdsü dəstəkləyəcək

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə rejiminin Amerika cəbhəsində olduğunu qeyd edərək, belə danışıb: “Bu cəbhə fəsad, şiddət, zülmün yayılmasını istəyir”.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Əl-Husi fevralın 2-i, gecə “Şəhid günü” münasibətilə verdiyi açıqlamasında, Səudiyyə rejimi və BƏƏ-nin Yəməndə törətdikləri cinayətlərə toxunaraq, Yəmən ordusu və xalq komitələri qüvvələrinin düşmənlərini məğlub edəcəyini söyləyib: “Yəmənin düşmənlərinin Yəmənlə düşmənçiliklərinin bünövrəsində Yəmən xalqının düşmənlərinin istəklərinə tabe olmamasıdır. Yəmən xalqı heç vaxt zilləti qəbul etməyəcək və izzətlə azad yaşamaq üçün özünü müdafiə edəcək və mübarizəsini davam etdirəcək”.
 
Seyid Əl-Husi açıqlamasında, ABŞ prezidenti Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması cəhdinə də toxunub: “Amerika həmişə Səudiyyə rejimi və BƏƏ vasitəsilə Fələstin iddiasını aradan qaldırmağa çalışıb və bütün regionun sionist İsrailin hökmranlığına daxil olmasına çalışır. Yəmənlilər hər zaman Fələstin xalqının yanında olacaq və Qüdsü dəstəkləyəcək”.
 

Google+ WhatsApp ok.ru