Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Səudiyyə rejimi və BƏƏ-nin, ABŞ və İsrail rejiminin zabitlərilə əlaqələri var”

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Səudiyyə rejimi və BƏƏ-nin, ABŞ və İsrail rejiminin zabitlərilə əlaqələri var”

-- Biz Ramazan ayında və digər aylarda Səudiyyə rejiminin heç nəyə hörmət göstərmədiyini gördük

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Yəmən xalqının Allaha olan təvəkkülü sayəsində düşməni məğlub edərək, bir çox dötüşlərdə uğur əldə etdiyini bildirib.
 
Maide.Az "Deyerler"ə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi Səudiyyə rejimi və BƏƏ-nin Yəmənin bəzi əyalətlərində təkfirçi qrupları dəstəkləmək üçün milyardlarla dollar xərclədiyini deyib.
 
Ənsarullahın lideri Səudiyyə rejiminin rəhbərlik etdiyi işğalçı koalisiyanın mübarək Ramazan ayında cinayətlərinə davam etməsinin maraqlı bir hal olmadığını deyib: “Biz Ramazan ayında və digər aylarda Səudiyyə rejiminin heç nəyə hörmət göstərmədiyini gördük."
 
Səudiyyə rejimi və BƏƏ-nin Yəmənə təşkil etdikləri silahlı hücumlardakı hədəflərinin Yəməni işğal etmək olduğunu bildirdilər. Onların heç bir şəkildə dinc bir hədəfi yoxdur”.
 
Səudiyyə rejimi, BƏƏ zabitlərinin Yəmənin Əl-Moha bölgəsində ABŞ və sionist İsrail rejiminin zabitləri ilə əlaqədə olduqlarını bildirən Ənsarullah lideri, Amerika və İsrail rejiminin Yəmənə hücum etmək mövzusunda həmfikir olduqlarını söyləyib.
 
Səudiyyə rejimi və BƏƏ-nin Fələstin xalqına qarşı da fitnə qurduqlarını söyləyən Əl-Husi, İsrail rejiminin baş naziri Netanyahunun Yəmənə hücum etməyi, Səudiyyə rejimi və İsrail rejiminin ortaq maraqlarının bir hissəsi kimi gördüyünü deyib.
 

Google+ WhatsApp ok.ru