Seyid Əbdülməlik Əl-Husi: “Amerika Yəmən müharibəsinin sonunu istəmir”

Seyid Əbdülməlik Əl-Husi: “Amerika Yəmən müharibəsinin sonunu istəmir”

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Səudiyyə rejimi-BƏƏ təcavüzkar koalisiyasının Yəmənə qarşı təşkil etdiyi hücumların bilavasitə Amerikanın nəzarəti altında olduğunu vurğulayıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi çıxışında belə deyib: “Yəmən xalqı müharibəni başladan tərəf olmadı, bizə hücum edildi və biz də özümüzü müdafiə etməyə məcbur qaldıq. Keçmişdə hücum edən tərəf Misir idi və müharibədə axtardığını diplomatiya yolu ilə əldə etdi”.
 
Əl-Husi Cenevrə danışıqlarının təcavüzkar Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya tərəfindən qərəzli şəkildə uğursuzluğa aparıldığını və koalisiyanın Yəmən böhranını həll edilməsinin istəmədiyini deyib: “Yəmən heyəti bundan əvvəlki danışıqlarda təcavüzkar Səudiyyə rejiminin koalisiyasının hücumu, bir çox təhlükə və maneələri ilə qarşılaşmışdı”.
 
Ənsarullahın lideri Səudiyyə rejimi və BƏƏ-nin Yəmənə qarşı hücumlarının birbaşa Amerikanın nəzarəti altında olduğunu, ABŞ-ın iqtisadi və siyasi hədəflərinə çatması və bölgədəki planlarını icra etməsi üçün hücumları dayandırmaq istəməyəcəyini bildirib.
 
Seyid Əbdülməlik Yəmən heyətinin problemlərin həlli üçün keçiriləcək görüşlərdə iştirak etmək üçün Cenevrəyə getməsinə mane olunmasının heç bir əsasının olmadığını deyib: “Təcavüzkar qüvvələr hücumlarına davam etmək istəyir”.
 
O, Cenevrə danışıqlarının uğursuzluğunun Amerika və Böyük Britaniya və onların Qərbdəki müttəfiqləri və ya təcavüzkar Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyadakı ölkələrin qeyri-ciddiliklərinə qayıtmalarının səbəb olduğunu deyib.

Google+ WhatsApp ok.ru