Seyid Əbdülməlik Əl-Husi: Yəmənə hücumlar ABŞ-ın nəzarəti altında edilir

Seyid Əbdülməlik Əl-Husi: Yəmənə hücumlar ABŞ-ın nəzarəti altında edilir

Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi ABŞ-ın himayəsi altında Yəməni hədəf alan Səudiyyə rejimi koalisiyası ilə mübarizədə birlik olmağa çağırıb.
 
Seyid Əbdülməlik Əl-Husi Ramazan (Fitr) bayramı münasibətilə etdiyi çıxışında Yəmən xalqı ilə İslam ümmətinə təbrik mesajı göndərib.
 
“ABŞ-ın nəzarəti altında və İsrail rejiminin əməkdaşlığı ilə təcavüzkar bir qəddar düşmənlə qarşılaşırıq. ABŞ və İsrail rejiminin bu məsələyə münasibəti çox açıq və aydındır”.
 
Dini, mənəvi, milli və insani borcumuz bu təcavüzə qarşı bütün gücümüzlə dayanmaqdır. Hərbi sahə də daxil olmaqla bütün səviyyələrdə fəaliyyət göstərməliyik. Səfərbərlik prosesi aktiv olmalıdır.
 
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və istefa vermiş Yəmən hökuməti Yəmənə hücumu həyata keçirmək üçün vasitədir və düşmənlərin maraqlarına uyğun hərəkət edirlər. Yəmən xalqına qarşı ən iyrənc cinayətlər edirlər”.
 
Ənsarullahın lideri yeni növ koronavirus epidemiyasının qarşısının alınması üçün də lazımlı tədbirlərin görülməli olduğunu bildirib./deyerler.org

Google+ WhatsApp ok.ru