Seyid Həsən Nəsrullah: Hizbullah Fələstin xalqını müdafiəyə davam edəcək

Seyid Həsən Nəsrullah: Hizbullah Fələstin xalqını müdafiəyə davam edəcək

 

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah qarşıdan gələn Ümumdünya Qüds Günü münasibətilə "Müqavimət Cəbhəsi Liderləri Birlikdə" adlı canlı yayımlanan proqramda çıxış edib.
 
Maide.az xəbər verir ki, H.Nəsrullah, "bu il Qüds Gününü "Qüds şəhidlərimizin yoludur" şüarı ilə xatırlayırıq. Fələstin məsələsinin gündəmdə saxlanması müsəlmanlar arasında mübahisə və sui-qəsd cəhdlərinə xələl gətirəcəkdir. Düşmənlər İslam dünyasında Fələstini unutdurmaq üçün əllərindən gələni edirlər. Ancaq müsəlman xalqlar Qüdsü unutmayacaqlar", - deyə bildirib.
 
Hizbullahın Fələstin xalqını müdafiəyə davam edəcəyini vurğulayan Nəsrullah, "təhdidlər, müharibələr, sui-qəsdlər və təzyiqlər hədəflərimizi düşünməyə mane ola bilməz. Fələstini canımız və əmlakımızla müdafiə edəcəyik. İsrail ilə münasibətləri normallaşdırmaq ümmətimiz üçün qəbulediləcək bir şey deyil. Fələstin və Qüdsü həmişəkindən daha çox azad etməyi düşünürük", - söyləyib.
 
O, son olaraq "Dünya Qüds Günü mərhum İmam Xomeyninin mübarək mirasıdır", - deyə vurğulayıb.

 

Google+ WhatsApp ok.ru