Sionist əsgərlər Əl-Mənar televiziyasının müxbirinə hücum etdi (VİDEO)

Sionist əsgərlər Əl-Mənar televiziyasının müxbirinə hücum etdi (VİDEO)

Sionist əsgərlər İordan çayının qərb sahilində baş verən hadisələri işıqlandıran Əl-Mənar televiziyasının müxbirinə hücum edib və işinə davam etməsinə mane olub.
 
 Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Əl-Mənar televiziyasının müxbiri Deeb Horani avqustun 13-ü İbrahim (ə) peyğəmbərin türbəsi ətrafında baş verən hadisələri işıqlandırarkən İsrail rejiminin əsgərlərinin hücumuna məruz qalıb.
 
Sionist əsgərlər reportaj hazırlayan Horanini kameranın qarşısına itələyərək, işinə davam etməsinə mane olublar.
 
Sionist yaraqlıların cümə günü (13 avqust) Nablusun cənubundakı Bita şəhərində fələstinlilərin mitinqinə hücum etməsi nəticəsində onlarla fələstinli yaralanıb.
 

Google+ WhatsApp ok.ru